Dünya
“Separatçılara hücum əmri Moskvadan verilib” - RƏSMİ
“G7-nin sammiti ərəfəsində Rusiya növbəti dəfə Minsk razılaşmalarını pozdu və separatçılara hərbi əməliyyatı başlamaq barədə göstəriş verdi”.
Publika.az “censor.net.ua” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yasenyuk bildirib.
Baş nazir vurğulayıb ki, istənilən diplomatik səylər güclü və peşəkar ordu, həmçinin Qərb partnyorlarının birgə səyləri ilə möhkəmləndirilməlidir.
“Bu, dünya cəmiyyəti üçün daha bir çağırışdır. Gözləyirik ki, G7 sammitində dünya cəmiyyəti Rusiya təcavüzünə düzgün və adekvat cavab verəcək”, - Arseniy Yasenyuk söyləyib.
Qeyd edək ki, separatçılar bu gün səhər saatlarından Krasnoqorovka və Marinka rayonlarını artilleriya atəşinə tutublar. “Donetsk Xalq Respublikası” separatçı qurumdan verilən məlumata görə, Marinka şəhəri “azad olunub”. Kiyev isə xəbəri hələ təsdiqləməyib.
Ömər Dağlı
-
Sosial12:28
SOCAR-dan İsrailə neft satması ilə bağlı iddialara REAKSİYA
-
Sosial11:56
Bu şəxslərə şad xəbər: pensiyaları artacaq
-
Nəqliyyat11:31
Bakıda taksi xidməti niyə kəskin bahalaşıb? - Rəsmi açıqlama
-
Region11:11
İrəvan aeroportunda 41 gün aclıq edən Nikolyan Fransaya qayıtdı: Bildirdi ki...
-
Maraq dünyası10:46
Bu ay BÜRCLƏRİ nələr gözləyir? - Pul, karyera, toy və...
-
Dünya10:10
Mask Yupiterlə bağlı sirli proqnoz verdi
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər