Dünya
Malala Yusifzaya hücüm edən 10 nəfərdən 8-i sərbəst buraxılıb
Nobel mükafatı laureatı Malala Yusifzaya qadınların təhsil hüququ fəaliyyətlərinə görə hücüm edən 10 nəfərdən 8-i sərbəst buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb. Məlumata görə, Pakistanın Svat vadisinin polis rəisi Səlim Marvat qərb mediasına kifayət qədər dəlil və sübut olmadığı üçün onların azad edildiyini bildirib.
Xəbər Pakistanın digər təhlükəsizlik rəsmiləri tərəfindən də təsdiqlənib.
Aprel ayında Pakistan rəsmiləri bildirmişdi ki, Malalaya qarşı hücüm və onun qətlinin planlaşdırılması ittihamı ilə 10 nəfər ən azı 25 il həbs cəzasına məhkum edilib.
2012-ci ildə məktəbə gedərkən hücuma məruz qalan 14 yaşlı Malalanın işi ilə bağlı bu, birinci ittiham idi. Başından yaralanan Malala İngiltərədə müalicə edilmiş və hazırda orada yaşayır.
Hücumun məsuliyyətini üzərinə alan Taliban geri qayıtdığı təqdirdə onun yenidən hədəf alacağı ilə təhdid edib.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi