Dünya
Mustafa Krımoğlu: “Rusiya torpağımızı işğal etdi”- Eksklüziv
“Rusiya bizim tarixi torpağımız olan Krımı işğal etdi”.Bu barədə
Krım tatarlarının lideri Mustafa Krımoğlu Publika.Az -a eksklüziv açıqlamasında Krım
parlamentinin Rusiyaya birləşdirilməsi ilə bağlı qərara münasibət
bildirərkən deyib.
M. Krımoğlu parlamentin bu qərarını tanımadıqlarını deyib: “Biz buna tamamilə qarşıyıq. Bizim torpaqlarımızı başqa ölkə gəlib işğal edib. Krımda 1944-cü il yenidən bir başqa formada yaşanmaqdadır. Buna dünya da susmamalıdır. Nə üçün mənim istəyim olmadan tarixi torpağımı başqa ölkəyə birləşdirilir. Hər şey güclə, əzələ ilə həll edilməməlidir. Krım tatarlarındır, həmişə belə olub, bundan sonra da olacaq. Tatarlar da 1944-cü ili yenidən yaşamaq, Rusiyaya birləşmək istəmir”.
M. Krımoğlu qeyd edib ki, hazırda nələr olacağını gözləyirlər. Onun sözlərinə görə, dünyanın dəstək verməsi gözləntiləri var: “Biz özümüz əlimizdən gələni edəcəyik ki, bu bir daha baş verməsin. Burda bir işğal var, Krımda kimlərində əli ilə Rusiya bizim taleyimizi həll edir. Halbuki biz buna qarşıyıq”.
Qeyd edək ki, Krım Parlamenti bir neçə saat öncə yarımadanın
Rusiyaya birləşdirilməsi qərarını qəbul edib.
Asif
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi