Dünya
Nobel mükafatçısı qadınlara görə işdən qovuldu - FOTO
2001-ci ildə biokimya üzrə Nobel laureatçısı Timoti Hant, kişilərin qadınlarla eyni laboratoriyada işləməsinin çətinliyindən danışıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hantın fikirləri elmi cəmiyyətdə narazılığa səbəb olub. Nəticədə isə, Hant Londonda yerləşən kolleclərdən birini tərk etməli olub.
Belə ki, iyunun 9-da Hant Cənubi Koreyada qadın alimlər və elmi jurnalistlərin çıxış etdiyi konfransda iştirak edib.
“İcazə verin qadınlarla hansı problemlərin yaranmasını açıqlayım. Onlar laboratoriyada işləyəndə 3 problem yaşanır: siz onlara aşiq olursunuz, onlar sizə aşiq olur, onları tənqid etdikdə isə ağlamağa başlayırlar”, - Hant öz çıxışı zamanı deyib.
Bundan əlavə, Hant laboratoriyaların cinslər üzrə ayrılmasını təklif edir.
Alimin sözləri “Twitter” sosial şəbəkəsində yayıldıqdan sonra narazıların sayı artıb. Britaniya Kral cəmiyyəti istedadlı insanın elmi potensialı qarşısında heç bir cins probleminin dayanmadığını bildirirək onu işdən uzaqlaşdırıb.
İyunun 10-da Hant televiziya kanallarının birində çıxış edərək sözlərinə görə üzr istəyib.
“Sözlərim kimisə xətrinə dəymişəmsə üzr istəyirəm. Mən qadınları alçaltmaq istəməmişəm, sadəcə olaraq öz çatışmayan cəhətlərimi etrif etməyə çalışmışam. Mən öz yoldaşlarıma aşiq olmuşam, onlar da mənə. Nəticədə, bu hal elmi prosesə mənfi təsir göstərib”.
Nura
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ