Dünya
“Biz silahla savaşmayacağıq”- Krımda son durum -Özəl - YENİLƏNDİ
“Bəzi tatarlar Krımı tərk etməyə başlayıblar, amma bu kütləvi
şəkildə deyil”. Bu barədə Krımın tatarı, publisist-yazar Seyran
Süleyman Publika.Az -a açıqlamasında yarımadadakı
durumla bağlı bildirib. O, parlamentin qərarına sona qədər
dirənəcəkərini deyib: “Krım əhalisi 2 milyondur, onun 300 minə
qədəri tatarlardır. Krımda bir milyon rus yaşadığı üçün onlar
buranın Rusiyaya birləşdirilməsinə tərəfdar çıxırlar və bu
referendum qanununda konkret olaraq keçəcək. Amma Krım tatarları
referendumu tanımayacaqlar və keçirilsə belə iştirak etməyəcəklər.
Təəssüf ki, bəziləri yarımadanı tərk edirlər, amma bu, kütləvi
deyil”.
S. Süleyman qeyd edib ki, onlar silahla savaşmayacaqlar."Əlimizdə sadəcə bayrağımız var. Kiyevdəki yeni hakimiyyətin, Avropanın, Türkiyənin, türk xalqlarının Krım tatarlarının tərəfini tutacağına və bizə dəstək olacaqlarına ümid edirik. Bizim Krımdan çıxmaq niyyətimiz yoxdur. İnşallah, qanunsuz referendumun qarşısının alınacağına inanırıq”-deyə o qeyd edib.
Asif
18.24
Krım tatarları yarımadanı tərk edir.
Publika.Az Ukrayna mediasına istinadən xəbər verir ki, yüzlərlə tatar ailəsi Krımdakı gərgin vəziyyətə görə öz evlərini tərk edərək Lvova keçirlər.
Onlar Lvovda müvəqqəti olaraq yerli sakinlərin ailələrində və
sanatoriyalarda yerləşirlər. Gedənlər əsasən qadın və uşaqlardır.
Qaçqın düşərgəsinin koordinatoru deyir ki, uşaqlar üçün evlə
təminatdan başqa əyləncə, ekskursiyaların təşkilini də düşünürlər.
Hətta müəllim və könüllü tərbiyəçilər də onlara xidmət
göstərəcək.
“Bu gün bir özəl məktəb uşaqlara 5-ci sinifə qədər pulsuz dərs
keçməyi qəbul etdi. Uşaqların üzgüçülüklə məşğul olması üçün də bir
hovuz ayırdı”-deyə koordinator Oleq Kolyasa bildirib.
Xatırladaq ki, Krım tatarlarının liderlərindən olan Mustafa Krımoğlu Publika.Az-a müsahibəsində Krımın yenidən Rusiyaya ilhaq edilməsinin onalr üçün növbəti sürgün təhlükəsi yaradacağını söyləmişdi.
Asif
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi