Donetskdə “France Press”in jurnalisti vuruldu
Bizi izləyin

Dünya

Donetskdə “France Press”in jurnalisti vuruldu

Ukraynanın Donetsk şəhərinin yaxınlığında “France Press” informasiya agentliyinin jurnalisti Aleksandr Qayuk vurulub.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kuybışev rayon administrasiyasının başçısı İvan Prixodkobildirib.

O, dəqiqləşdirib ki, jurnalist ayağından güllə yarası alıb. Onun hazırda xəstəxanada olduğu və həyatına heç bir təhlükənin olmadığı bildirilir.İvan Prixodkonun sözlərinə görə, Donetsk istiqamətindən açılan atəşlə daha iki dinc sakin yaralanıb.

Məlumata görə, Kuybışev rayonunda bir həftə ərzində edilən atəşlər nəticəsində 50 ev dağıdılıb, iki dinc sakin həlak olub və doqquzuyaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm