Dünya
Amerika nəşri: “ABŞ-ın gələcək təsiri Putinə cavabdan asılıdır”
“Kreml təcavüzkar casusluq, təbliğatçılıq hücumları, kiberhücumlar, iqtisadi sanksiyalar, energetika siyasəti, gözlənilməz hərbi təlimlər və hava məkanının pozulması ilə qonşularını qorxudur”.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrində Avropa Siyasətinin Analiz Mərkəzinin (Center for European Policy Analysis, Vaşinqton) vitse-prezidenti Edvard Lukas yazıb.
Onun sözlərinə görə, əslində bu ölkələr Qərblə Vladimir Putinin hibrid müharibəsinin cəbhə xəttindədir və Putin qalib gəlir. “Ancaq onun gücü Rusiyanın yavaş-yavaş yaxınlaşan qələbəsinin səbəbi deyil”, - Lukas hesab edir.
Mərkəzin rəsmisi qeyd edir ki, Skandinaviya-Baltikyanı-Polşa doqquzluğunun (NBP9) ümumi daxili məhsulu 2,3 trilyon dollar təşkil edir. Rusiyada isə bu rəqəm 1,7 trilyon dollardır. Amma müəllif bildirir ki, NBP9 ölkələrinin ümumi illik müdafiə xərcləri 33 milyard dollar olduğu halda, Rusiyada bu rəqəm təxminən iki dəfə çoxdur.
Lukasın fikrincə, NBP9-nun əsl problemi bu dövlətlərin strateji uyğunsuzluğudur və bu regionda Şərq və Qərb arasında münaqişədən ən yaxşı qaçmaq üsulu təhlükəsizlik sahəsində koordinasiyanı təkmilləşdirməkdir. Lukas qeyd edir ki, ABŞ həmişəki kimi Avropada riski öz üzərinə götürməli və pulu xərcləməli olacaq.
“NATO-nun nüfuzu ondan asılı olacaq ki, ittifaq NBP9-un təhlükəsizliyini zəmanət verə biləcəkmi? Amerikanın geri çəkilməsi potensial olaraq başqa regionlarda, məsələn Sakit okeanda faciəli nəticələrə gətirib çıxaracaq. ABŞ-ın Yaponiya, Tayvan və Cənubi Koreya kimi müttəfiqləri çətin ki, bundan sonra Amerikanın təhlükəsizlik zəmanətlərinə etibar etsinlər. NBP9-un gələcəyi ABŞ-ın təsirindən asılıdır, həm də Amerikanın gələcək təsiri NBP9-dan asılıdır. Bir sözlə, ABŞ-ın gələcək təsiri və NBP9-un gələcəyi Putinə cavabdan asılıdır”, - Lukas sonra vurğulayıb.
Ömər Dağlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ