Dünya
İrəvanda 237 nəfər saxlanıldı: tutulanlar arasında jurnalistlər var
Elektrik enerjisinin qiymətinin artmasına etiraz olaraq İrəvanın mərkəzində keçirilən aksiyada bir neçə yüz insan saxlanılıb.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Aşot Aqaronyan bildirib. O, dəqiqləşdirərək bildirib ki, son informasiyaya görə, aksiyanın 237 iştirakçısı saxlanılıb.
Onun sözlərinə görə, yeddi nümayişçi ağırlıq dərəcəsi müxtəlif olan zədələr alıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib.
Aksiya iştirakçılarının verdiyi məlumata görə, saxlanılanlar arasında jurnalistlər də var. Lakin onların sayı açıqlanmayıb. “Qala” və “Nyuz” internet-nəşrlərin jurnalistləri və “Azadlıq” radiostansiyasının erməni xidmətinin müxbirinin saxlanıldığı deyilir. Bəzi məlumatlara görə, “Qala” internet nəşrinin jurnalisti Paylak Faxradyan döyülüb. Bəzi jurnalistlərin fotoaparatları polis tərəfindən götürülüb.
Hazırda İrəvanın mərkəzi hərəkət üçün tamamilə açılıb. Küçələrə çoxlu sayda polis və xüsusi texnikalar cəlb edilib.
Ömər Dağlı
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
Dünya11:05
İran bu ölkə ilə sərhədi BAĞLADI
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz