Dünya
Qırx il əvvəl “ölən” narkobaron Avstraliyada ikinci dəfə öldü
Avstraliyada yol-nəqliyyat qəzasında ölən kişinin 40 il ABŞ məhkəməsindən gizləndiyi məlum olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “yaşıl qitə”yə köçmədən əvvəl ABŞ-da narkotik ticarəti ilə məşğul olan Reymond Qreyd Stansel ölümünü sənədləşdirib.
Amerika polisi 1974-cü ildə narkotik ticarətində ittiham olunan 37 yaşlı Stanseli həbs edib. Məhkəmə 500 min dollar girov qarşılığında onu buraxıb. O, 1975-ci ilin yanvarında məhkəmə iclasına gəlməli olsa da, şübhəli şəxsin vəkili bildirib ki, Stensel Hondurasda üzgüçülüklə məşğul olan zaman boğularaq dünyasını dəyişib.
Onun sevgilisi Djenet Vud da bildirib, öldüyü gün Stensellə birlikdə olub. Xilasedicilər onun bədəni tapmayıblar, ancaq hakimiyyət şübhəli şəxsin öldüyünü qəbul edib.
Stensel arvadı və dörd uşağını tərk edərək Vudla birlikdə yeni həyat axtarışları ilə Avstraliyaya köçüb. Cütlük burada evlənib. Avstraliyada əvvəlki peşəsini tamamilə unudan Stensel 2015-ci ilin mayında, 78 yaşında yol-nəqliyyat qəzasında ölüb.
Ancaq Stenselin bir neçə yaxın dostu onun keçmiş həyatı haqqında bilirdilər. İyunun ortalarında onlar Vudla birlikdə bu barədə jurnalistlərə danışmağa qərar veriblər.
Ömər Dağlı
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...