Ekologiya
Azərbaycana bahar gəlir: martın 20-də saat 14:28-də - - FOTOLAR
Azərbaycana bahar gəlir: bu, martın 20-də Bakı vaxtı ilə saat 14:28 (Qrinviç vaxti ilə 10:28) radələrində baş verəcək. Həmin gün gecə və gündüz bərabərləşəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək, Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu, astronomiyada “yaz bərabərliyi nöqtəsi” adlanır. Həmin vaxtdan etibarən şimal yarımkürəsində başlayan astronomik bahar iyunun 21-dək davam edir.
Bahar gələndə torpaq və təbiət canlanır, ağaclar qış yuxusundan oyanır. İlk yarpaqlar, ilk çiçəklər açılır, kənddə yaz-tarla işləri başlayır. Köçəri quşlar geri dönür. Bir sözlə, həyat təzələnir. Təsadüfi deyil ki, baharın ilk günü həm də yeni ilin başlanğıcı sayılır və coşqu ilə bayram edilir.
AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Atəş Əhmədlinin sözlərinə görə, Azərbaycanda bayram axşamı martın 19-da qeyd olunur.
Baharın hüsnünə çox şeirlər yazılıb, nəğmələr qoşulub. Səməd Vurğunun “Bahar” şeiri onların arasında xüsusilə seçilir:
Bahar, istəklimsən başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin…
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ