COP29-un rəsmi saytı istifadəyə verildi
Bizi izləyin

Ekologiya

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib.

Publika.az xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb.

Bundan başqa, saytın “Tez-tez soruşulan suallar” bölməsində vətəndaşları maraqlandıran suallara cavablar da yer alıb.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm