Ekologiya
Leyla Əliyeva ekoloji sərginin AÇILIŞINDA
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-də Zirə Mədəniyyət Mərkəzində “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi açılıb.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.
Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən təşkil olunan sərginin məqsədi gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu mövzuda maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.
Sərgidə 14-29 yaşlı gənclərin monumental rəngkarlıq, dəzgah rəngkarlığı, ofort, linoqravyura, kvillinq, xəttatlıq, batika, keramika, rəngkarlıq, heykəltəraşlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, vitraj, mayolika, ksiloqrafiya, silkoqrafiya, təkəlduz və s. üslublarda hazırladıqları əsərlər nümayiş olunur. Həmçinin gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlər sərgilənir. Sərgi çərçivəsində gənclər üçün rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin təşkili də planlaşdırılır.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ