Beyin iflicinin və infarktın əlamətləri: bədəninizdə bu dəyişikliklər VARSA, DEMƏLİ... - MÜTLƏQ OXUYUN!
Bizi izləyin

Ekologiya

Beyin iflicinin və infarktın əlamətləri: bədəninizdə bu dəyişikliklər VARSA, DEMƏLİ... - MÜTLƏQ OXUYUN!

Beyin iflici qəfildən baş verən və əlamətləri öncədən bəlli olmayan xəstəlikdir. Lakin bədəninizdə baş verən bir sıra dəyişikliklər sizin üçün xəbərdarlıq ola bilər.

Publika.az xarici mediaya istinadən beyin iflicindən əvvəl bədəndə baş verən dəyişiklikləri təqdim edir:

Yüksək təzyiq

Yüksək təzyiq beyin infartkı və beyin qanamasının ən böyük əlamətidir. Təzyiqin yüksəlməsi səbəbindən beyinə gedən damarlar zamanla daralır, formaları dəyişir və qan sızması baş verir.

Boyun tutulması

Beyin damarlarındakı qanama boyun tutulmasına səbəb olur. Əgər çənəniz sinənizə dəymirsə və başınız çox ağrıyırsa, təcili həkimə gediniz.

Ayaqda tutulma

Müvəqqəti iflic kimi ayağınızı hərəkət etdirə bilməməyiniz dizinizlə ayaq arasında körpü rolunu oynayan sinirlərin zədələnməsi deməkdir. Bu da beyin iflici ilə əlaqəlidir.

Şiddətli baş ağrısı

Əgər qəfildən başınız şiddətli şəkildə ağrıyırsa və heç zaman belə ağrı yaşamamısınızsa, yenə də təcili həkimə getməlisiniz. Şiddətli baş ağrısından sonra beyin iflici keçirən insanların sayı xeyli çoxdur.

Başın bir hissəsində ağrı

Beynin müəyyən bir qismində meydana gələn uyuşma beyin iflicinin xəbərçisi imiş. Başınızın bir qismində müşahidə edilən ağrı ilə yanaşı ayağınız uyuşursa və danışanda çətinlik çəkirsinizsə, buna qarşı həssas yanaşmalısınız.

Görmədə problem

Bir və ya hər iki gözünüzdə ani olaraq görmə problemi yaranırsa, bu da iflic keçirməyinizin xəbərçisi ola bilər.

Çiyin ağrısı

Çox olmasa da, beyin iflici keçirən insanların bir qismindən öncədən çiyində şiddətli ağrılar ola bilər.

Tez yorulma

İflicin əlamətlərindən biri də yorğunluqdur. Tez yorulan adamlar yuxuda iflic keçirə bilərlər. Bu zaman onlar yaddaşlarını itirirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm