Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ: belə gedərsə...
Bizi izləyin

Ekologiya

Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ: belə gedərsə...

“Xəzər dənizin ekoloji durumu ilə bağlı problemlər var. Təəssüf ki, bu günə kimi atılan addımlar endemik su hövzəsi üçün mənfi nəticələrə gətirib çıxarıb”.

Publika.az xəbər verir ki, bunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Şöbə müdiri bildirib ki, Xəzərin çirklənməsinin əsas səbəbi antropogen təsirlərlə bağlıdır:

“Neft daşınması, çaylar vasitəsilə gətirilən tullantılar, eləcə də plastik tullantılarla Xəzər çirkləndirilir. Xəzərin ekoloji durumunda tarazlıq pozulur. Azərbaycan sahil zolağından gün ərzində Xəzərə 1 milyon 850 min kub metr su daxil olur ki, onların böyük bir hissəsi təmizlənmir”.

Şöbə müdiri bildirib ki, bütün bunlar Xəzərin su resurslarına və balıq ehtiyatlarına təsir edir:

“Xəzərdə balıq ehtiyatları xeyli azalıb. 2010-11-ci ildə cəmi min ton nərə balığı ovlanıb. Nərə balığının ovlanması son 30 ildə onların sayını dəfələrlə azaldıb. Xəzərin vəziyyəti acınacaqlı durumdadır. Azərbaycan bu istiqamətdə tədbirlər görməyə başlayıb. Hesab edirəm ki, bir müddət sonra bunun nəticələri görəcəyik. Xəzərin qorunması üçün beş Xəzəryanı ölkənin tədbirlərin görülməsi son dərəcə vacibdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm