Azərbaycana qar yağır
Bizi izləyin

Ekologiya

Azərbaycana qar yağır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hazırda ölkə ərazisində müşahidə edilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, respublikanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.

Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm