Ekologiya
Ov qanunları yumşaldılır: Yeni dəyişikliklərə əsasən bu heyvanları...
Yaponiya şəhərləşmiş ərazilərdə artan ayı hücumlarına cavab olaraq ov qanunlarını yumşaltmaq qərarına gəlib. Yeni dəyişikliklərə əsasən ovçulara ayıların göründüyü yerlərdə “təcili ov” hüququ veriləcək.
Publika.az xəbər verir ki, bu dəyişiklik lisenziyalı ovçuların ayı hücumlarına daha tez müdaxilə etmələrini təmin etmək məqsədi daşıyır. Hazırda fövqəladə hallarda silah istifadə edilməzdən əvvəl polis heyvanların insan həyatı üçün təhlükə törətdiyini müəyyən etməlidir.
Ekologiya Nazirliyinin məlumatına görə, 2024-cü ilin mart ayına qədər ayılarla bağlı 219 ciddi hadisə qeydə alınıb və bu hücumlarda 6 nəfər həyatını itirib. Eyni dövrdə 9 mindən çox qara və qəhvəyi ayı tutularaq məhv edilib.
Qeyd edək ki, Yaponiyadakı Asiya qara ayılarının sayının 15 mindən 44 minə yüksəldiyi təxmin edilir. Bildirilir ki, Hokkaydoda Ussuri qonur ayılarının sayı 3 dəfə artaraq təxminən 12 minə çatıb.
Yaponiyada ovçuların sayının azalması və qocalması ayı hücumlarının qarşısını almağı çətinləşdirir. 1975-ci ildə 517 mindən çox olan ov lisenziyalarının sayı 2020-ci ildə 218 minə enib.
Son bir ildə Tokio və onun ətrafında 200-dən çox ayının göründüyü bildirilir. Səlahiyyətlilər paytaxtda və onun ətrafında 100-200 qara ayının yaşadığını təxmin edir.
Aysel Şahmar
-
Nəqliyyat16:24Kofe aparatı alışdı, Bakıya uçan təyyarə təcili eniş etdi
-
ABŞ15:08ABŞ-da ermənilərdən ibarət cinayətkar dəstə saxlanıldı - FOTO
-
MDB14:48Bu barədə düşünmək qorxuludur - Lukaşenko
-
İqtisadi gündəm14:30Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
-
Dünya14:22Zəlzələ qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNDİ
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür





































