Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verildi
Bizi izləyin

Ekologiya

Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verildi

Sosial şəbəkələrdə “Təzə Bazar” adlanan satış mərkəzində vəhşi təbiətdən götürülmüş heyvanların saxlanması və satışı ilə bağlı yayılan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Publika.az xəbər verir ki,bu barədə jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

İ.İbrahimova bildirib ki, araşdırma zamanı “Təzə Bazar”da 1 yenot, 4 kirpi və 2 tısbağanın satıldığı müəyyən edilib və heyvanlar satışdan çıxarılıb:
"Satışla məşğul olan şəxsin kimliyinin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət olunub.

Yenot ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Digər heyvanlar isə vəhşi təbiətə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətə və heyvanlara həssas münasibət göstərdiklərinə görə ictimaiyyət nümayəndələrinə və bütün təbiət sevənlərə təşəkkürünü bildirir"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm