Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alındı
Bizi izləyin

Ekologiya

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alındı

Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, keçən ay qlobal miqyasda indiyə qədər qeydə alınan “ən isti aprel” olub.

Publika.az xəbər verir ki, Kopernik tərəfindən edilən açıqlamada, keçən ayın orta səth hava istiliyi 15,03 dərəcə olaraq ölçülüb.

Açıqlamada ötən ayın dünyada indiyə qədər qeydə alınan “ən isti aprel” olması ilə bərabər, son 12 ayın ardıcıl qeydə alınan ən isti aylar olduğu vurğulanıb. Həmçinin son 12 ayda (2023-cü ilin may-2024-cü ilin aprel ayları) qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə yüksək olduğu bildirilib.

Qeyd edilib ki, havanın temperaturu əsasən Şərqi Avropa regionunda orta səviyyədən yüksək olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm