Ekologiya
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ

Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

-
Rəsmi xronika12:00
Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı
-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO
-
Elm və təhsil09:06
Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor TƏYİN EDİLDİ
-
Səhiyyə08:15
Bu xəstəliyin yayılma riski yüksəkdir - ÜST