Elm və təhsil
Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının bu il keçirilmiş seçkilərində bu qurumun həqiqi üzvü seçilib.
Azərbaycan Milli Elmlər Akademiyasından Publika.az-a verilən məlumata görə, oktyabrın 28-də Rusiya Elmlər Akademiyasının ümumi iclasında 2400 namizədin iştirak etdiyi və üç mərhələdən ibarət keçirilmiş seçkilərin nəticələri təsdiqlənib. Rusiya Elmlər Akademiyasına üzv seçilən beynəlxalq səviyyədə tanınmış 63 xarici alimin adı açıqlanıb. Bu siyahıda ABŞ, İngiltərə, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç kimi ölkələrdən ən məşhur alimlərin, o cümlədən 7 Nobel mükafatçısının da adı var. Elm nəhənglərinin sırasında akademik Abel Məhərrəmovun adı da yer alıb.
Qeyd edək ki, akademik Abel Məhərrəmov dünyanın bir çox qabaqcıl universitetlərinin Fəxri doktoru, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, bir neçə beynəlxalq təşkilatın, o cümlədən ECO-nun və ISESCO-nun elm üzrə mükafatçısıdır.
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?