“Neftçi” “Kəpəz”i darmadağın etdi
Bizi izləyin

İdman

“Neftçi” “Kəpəz”i darmadağın etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun görüşlərinə start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günü “Neftçi” və “Kəpəz” kollektivləri üz-üzə gəlib.

“Neftçi Arena”da baş tutan matçda meydan sahibləri 5:1 hesabı ilə qələbə qazanıb.

Qarşılaşmada hesabı 36-cı dəqiqədə qonaqlardan Latir Fal açıb. Fasiləyə bir dəqiqə qalmış Andre Şinyaşiki, 45 + 2-ci dəqiqədə isə Brayan Morenonun qolları paytaxt təmsilçisini hesabda önə çıxarıb. 47 və 76-cı dəqiqələrdə daha iki dəfə fərqlənən Şinyaşiki het-trik edib. Görüşdə yekun hesabı isə 86-cı dəqiqədə “sarı-göylər”in qapısına yol tapan Ağadadaş Salyanskiy təyin edib.

Bu nəticənin ardından Miodraq Bojoviçin komandası xallarının sayını 53-ə çatdırıb. Gəncə klubu isə 35 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunları mayın 11-i və 12-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm