Elm və təhsil
Bu universitetin əməkdaşlarına pulsuz tibbi xidmət göstərəcək
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Gəncə Müalicə Diaqnostika Mərkəzi arasında memorandum imzalanıb. Memorandum universitetin əməkdaşlarına səhiyyə müəssisəsi tərəfindən pulsuz müayinə və güzəştli müalicə xidmətləri göstərilməsini nəzərdə tutur.
Bununla bağlı ATU-da keçirilən görüşdə universitetin rektoru, professor Akif Süleymanov deyib ki, son illərdə bu ali təhsil müəssisəsində aparılan islahatlar təkcə tələbələr üçün əlverişli tədris mühitinin yaradılması məqsədi daşımır. Eyni zamanda universitet əməkdaşlarının sosial rifah halının yaxşılaşdırılması da diqqət mərkləzində saxlanılır. Gəncə Müalicə Diaqnostika Mərkəzi tərəfindən ATU əməkdaşlarına əlverişli şərtlərlərlə tibbi xidmət göstərilməsinə dair razılığın əldə olunması da bu istiqamətdə atılmış ən əhəmiyyətli addımlardandır.
Gəncə Müalicə Diaqnostika Mərkəzinin baş dirketoru Vüqar Qapaqov isə qeyd edib ki, rəhbərlik etdiyi səhiyyə ocağının müxtəlif müəssisələrlə korpoartiv əməkdaşlıq müqavilələri var. Mərkəzin əməkşalıq üçün seçdiyi ilk təhsil müəssisəsi isə məhz ATU-dur. Bunun səbəbi universitetin müxtəlif islahat və layihələrdə təşəbbüskar olması, innovativ metodikaların tətbiqinə maraq göstərməsidir. Eyni zamanda Gəncə Müalicə Diaqnostika Mərkəzinin tibbi xidmətlərini daha çox insan üçün əlçatan etmək, ehtiyac duyanların keyfiyyətli səhiyyə prosedurlarından yararlanmasını asanlaşdırmaq əsas məqsədlərdən biridir.
Sonra ATU ilə Gəncə Müalicə Diaqnostika Mərkəzi arasında memorandum imzalanıb. Rektor Akif Süleymanov və mərkəzin baş direktoru Vüqar Qapaqov tərəfindən imzalanan memoranduma əsasən tibb ocağında universitet əməkdaşlarına göstərilən xidməti koordinasiya etmək üçün xüsusi guşə yaradılacaq. Universitet tərəfindən verilən göndərişlə bu guşəyə müraciət edən əməkdaşlar səhiyyə müəssisəsində ambulator-poliklinika və statsionar şəraitdə güzəştli şərtlərlə məsləhət, diaqnostik və profilaktik müalicə xidmətlərindən istifadə edə biləcək. Bundan başqa Gəncə Müalicə Diaqnostika Mərkəzi ATU əməkdaşları üçün ödənişsiz terapevtik baxış aksiyası da keçirəcək.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...