Elm və təhsil
Qəbul imtahanlarında iştiraka görə ödənişlə bağlı YENİ XƏBƏR
Cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mərkəzdən Publika.az-a bildirilib ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan vətəndaşları yararlanacaqlar.
Cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə
müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi
dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent
ödəyəcək. Bu qayda eyni zamanda bir neçə ixtisas qrupuna ərizə
verən abituriyentlərə də şamil olunacaqdır. Seçdiyi qruplardan biri
üzrə ilk imtahanın ödənişi dövlət tərəfindən, digər imtahanların
ödənişi isə abituriyent tərəfindən həyata keçiriləcək.
Bu il keçiriləcək ilk imtahanda əvvəlki illərin məzunları ilə
yanaşı 11-ci sinif şagirdləri də iştirak edə biləcəklər.
Qeyd edilən kateqoriyadan olan vətəndaşların tələbə qəbulu ilə
bağlı keçirilən imtahanda, o cümlədən qəbul imtahanlarının tərkib
hissəsi olan rus bölməsi abituriyentləri üçün Azərbaycan dili
imtahanı və qabiliyyət imtahanında bir dəfə iştirakı üçün tələb
edilən məbləğin ödənilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçiriləcək.
Bu Sərəncamın icrasından ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan gənclərinin böyük əksəriyyəti faydalanacaq.
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi