Azərbaycanda məşhur universitetə əcnəbi rektor təyin edildi
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda məşhur universitetə əcnəbi rektor təyin edildi

Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.

Qərb Universitetində yeni rektor fəaliyyətə başlayıb. Bundan sonra universitetə Latviya vətəndaşı Andris Leitas rəhbərlik edəcək.

BAKU.WS xəbər verir ki, universitetdən "Qafqazinfo"ya verilən məlumata görə, böyük pedaqoji və idarəçilik təcrübəsinə malik olan yeni rektor Latviya Dövlət Universitetini bitirib, mühəndislik elmləri üzrə fəlsəfə doktorudur.

Latviya Dövlət Universitetinin professoru olan A.Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm