Elm və təhsil
“Təhsil sistemində hər hansı ixtisar yoxdur” - RƏSMİ
“Hazırda təhsil sistemində hər hansı ixtisar məsələsi yoxdur”.
Pubılika.az xəbər verir ki, bunu Apa-ya təhsil nazirinin müavini Mətin Eynullayev deyib.
Mətbuatda diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin ixtisarı ilə bağlı yayılan məlumatlara münasibət bildirən nazir müavini deyib ki, bütün hallarda müəllimlərin pedaqoji fəaliyyəti, onların öz vəzifələrinin öhdəsindən gəlib-gəlməməsi işəgötürən, yəni məktəb rəhbərliyi tərəfindən qiymətləndirilir və bu fəaliyyət təkcə diaqnostik qiymətləndirmənin nəticələrinə görə deyil, şagirdlərin tədris göstəriciləri, müəllimlərin pedaqoji ustalığı və digər zəruri keyfiyyətlərlə ölçülür: “Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə əvvəlki illərdən iki dəfə çox - 6000-ə yaxın vakansiya təqdim ediləcək. Nəticədə təhsil sisteminə savadlı müəllimlər işə götürüləcək. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın ana hədəflərindən biri də səriştəli təhsil verənin formalaşdırılmasına, onlarda zəruri kompetensiyaların aşılanmasına və təhsil verənlərin peşəkarlığının yüksəldilməsinə xidmət edir.
Bir daha xüsusi qeyd olunmalıdır ki, kütləvi informasiya vasitələri üçün keçirilən brifinqdə əslində medianın diqqətinə çatdırılan əsas məsələ müəllimlik fəaliyyətinə yüksək potensiala malik olan kadrların cəlb edilməsi fikrinin çatdırılmasıdır. Brifinqdə nazirlik əməkdaşları yanlış fikir söyləməklə düzgün ifadə seçməyib və bununla da mediada əslində mahiyyəti tam fərqli olan məlumatlar yer alıb.
Təhsil Nazirliyi Azərbaycan Respublikasında ən böyük işəgötürən qurumlardan biridir. Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülməklə təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş işlər davam etdiriləcək”.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ