Elm və təhsil
"Dövlət qulluğu sahəsində 2 min boş yer var" - Deputat
Bu gün dövlət qulluğu sahəsində 2 min yer vakantdır.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında bildirib.
Millət vəkili parlamentdə dəfələrlə dövlət qulluğu ilə bağlı düzəliş və dəyişikliklər qəbul edildiyinə diqqət çəkib:
“Bu gün 34 min dövlət qulluqçusu ştatı var. 2000 vakansiya boş qalmaqda davam edir. Bu, o deməkdir ki, insanların universiteti necə qurtarmasından asılı olmayaraq bu yerlər boş qalır. Azərbaycan insanının işə necə ehtiyacı olduğunu bilirik. Biz bu sistemi Rusiya qanunvericiliyindən götürmüşük. Rusiya isə federal dövlətdir, biz unitar quruluşa malikik.Hesab edirəm ki, biz bu təsnifata yenidən baxmalıyıq”.
Spiker Oqtay Əsədov isə millət vəkilinin vakansiya ilə bağlı fikirlərinə etiraz edib: “Dövlət qulluğu ilə bağlı hesabat verilir. Hər il nə qədər insan işə qəbul olunur, nə qədər insan pensiyaya çıxırsa bununla bağlı hesabat verilir. 2000 yerin boş olduğunu heç kim deyə bilməz. Əgər hesabat verilmirsə, bu qədər yerin boş olduğunu necə bilirsən “.
Z.Oruc isə cavabında dövlət qulluğu sisteminə yeni yanaşmanı təklif etdiyini deyib.
Gülxar
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman15 Oktyabr 22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 15 Oktyabr 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin115 Oktyabr 20:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO
-
İKT15 Oktyabr 20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin215 Oktyabr 20:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO