Elm və təhsil
BDU ilə Berlin universiteti arasında tələbə-müəllim mübadiləsi başlayır
Bakı Dövlət Universiteti Berlin Humboldt Universiteti ilə ERASMUS+KAO1 tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, müqavilə bu gün universitetdə Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Auxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə imzalanıb.
Rektor Abel Məhərrəmov BDU-nun tarixi və bu günü, beynəlxalq
əlaqələri, o cümlədən Almaniyanın bir sıra universitetləri ilə
elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs
edib. Berlin Humboldt Universitetinin nümayəndələri ilə bir neçə
görüşün reallaşdığını xatırladan rektor, ilkin olaraq doktorant
mübadiləsi istiqamətində yeni proyektə start verilməsindən
məmnunluğunu ifadə edib.
Professor Yeva-Mariya Aux təmsil etdiyi universitetin uğurlarından,
o cümlədən kafedranın profilindən danışıb. Əmək fəaliyyəti barədə
məlumat verən qonaq Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində ərəb dili, Leyptsiq Universitetində isə rus dili
tərcüməçiliyi üzrə təhsil aldığını, 1985-ci ildə Qrayfsvalt
Universitetində Müasir tarix üzrə doktorantura dərəcəsinə
yiyələndiyini qeyd edib. Bakı Dövlət Universitetinin Beynəlxalq
Əlaqələr Departamenti və Tarix fakültəsinin professor-müəllim
heyəti ilə səmərəli görüşlər keçirdiklərini söyləyən professor
əlaqələrin bundan sonrakı inkişafında da maraqlı olduğunu nəzərə
çatdırıb.
Görüşün sonunda Bakı Dövlət Universiteti və Berlin Humboldt
Universiteti arasında ERASMUS+KAO1 tələbə-müəllim mübadiləsi
proqramı çərçivəsində müqavilə imzalanıb.
Qeyd edək ki, görüşdə Berlin Humboldt Universitetinin professoru
Rasim Mirzəyev, BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran
Rəhimova, Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev və Slavyan
ölkələri tarixi kafedrasının müdiri, professor Abutalıb Cəlilov
iştirak ediblər.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ