Elm və təhsil
Direktor Bakıda 9-cu sinif şagirdini məktəbə buraxmır - ATASI SƏBƏBİ AÇIQLADI
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru 9-cu sinif şagirdi Nahid Oruclunu məktəbə buraxmır.
Bu barədə Publika.az-a onun atası Nahid Orucov məlumat verib.
Onun sözlərinə görə, oğlu epilepsiya xəstəsi olduğundan yeni təyin olunan direktor Azər Ələkbərov onu məktəbdən uzaqlaşdırmaq istəyir:
“Özüm əliləm, oğlum da xəstədir. Onu məktəbə biz aparıb gətiririk. Azər Ələkbərov isə xəstəliyi səbəbindən onu məktəbdən uzaqlaşdırmağa çalışır. Bir dəfə belə hal olmuşdu, o zaman pul verib saxlatdım. İndi uşağın jilet geyinmədiyini bəhanə edərək onu məktəbə buraxmırlar”.
N.Orucov bildirib ki, oğlunun başqa məktəbə köçürülməsini istəmir:
“Yeni direktor oğlumun məktəbdən uzaqlaşdırılmasını istəyir. Amma buna razı deyilik. Uşağı məktəbə özümüz aparırıq. Xəstəyəm onu uzaq məsafədə olan məktəbə aparmaq çətindir. Bu gün isə uşağı məktəbə buraxmayıblar. Bu barədə artıq Daxili İşlər Nazirliyinə müraciət etmişəm”.
Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsinə müraciət etmişik.
Gülxar
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ