Müəllimlərin diaqnostik qiymətləndirilməsi nə zaman keçiriləcək? - RƏSMİ
Bizi izləyin

Elm və təhsil

Müəllimlərin diaqnostik qiymətləndirilməsi nə zaman keçiriləcək? - RƏSMİ

Müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirmə imtahanı mayın 20-dən sonra keçiriləcək.

Publika.az xəbər verir ki, bu sözləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Təhsil” T-yə açıqlamasında deyib.

M.Camalzadə bildirib ki, imtahanın dəqiq tarixinin açıqlanması elektron ərizələrin emal prosesindən asılıdır: “Diaqnostik qiymətləndirmə ilə bağlı sənəd qəbulu may 3-dən 11-dək aparılır. Bu gün sənəd qəbulunda sonuncu gündür. Bu vaxta qədər 20 minə qədər elektron ərizə qəbul edilib. Onların hər biri araşdırılmalıdır. Hazırkı durumda 8 mindən çox iştirakçının elektron ərizəsi araşdırılır. Namizədin öz ixtisasi üzrə imtahan vermək üçün müraciət edib-etmədiyi, işlədiyi müəssisənin adının doğru qeyd olunması və s. məqamlar araşdırılır. İmtahan vaxtı da yalnız bu ərizələr emal ediləndən sonra açıqlana bilər. Ona görə də hazırkı durumda imtahan tarixini dəqiq deyə bilmirik. Yalnız onu deyə bilərəm ki, imtahan may ayının 20-dən sonra keçiriləcək”.

Qeyd edək ki, diaqnostik qiymətləndirilmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirilmədən keçməyən şəxslər iştirak edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm