Elm və təhsil
Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçildi - (YENİLƏNDİ)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.
Səsvermədə 66 nəfər iştirak edib. AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırkı rəhbəri akademik Akif Əlizadə seçilib.
***
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırki prezidenti Akif Əlizadənin namizədliyi irəli sürülüb.
İclasda prezident vəzifəsinə namizəd kimi akademik Akif Əlizadənin adının gizli səsvermə büllleteninə daxil edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.
Akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək.
Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda gizli səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçiləcəklər. Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq ediləcək.
Xatırladaq ki, AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə bu vəzifəyə 2013-cü ildə seçilib. AMEA-nın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir. (trend)
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO
-
Magazin207:30
Hande Erçel: "Çox yaxında şad xəbər verəcəyəm"
-
İKT06:16
"X"ə yaşıl işıq yandırıldı, Maska TAPŞIRIQ VERİLDİ
-
İKT04:44
Durov "Telegram"dakı növbəti yenilikləri ELAN ETDİ