İxtisas seçiminin vaxtı uzadıldı
Bizi izləyin

Elm və təhsil

İxtisas seçiminin vaxtı uzadıldı

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçiminin müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, bakalavrlar iyunun 20-si saat 10:00-dək seçim edə bilər.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm