Kollecə qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ: bu gün...
Bizi izləyin

Elm və təhsil

Kollecə qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ: bu gün...

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm