Region
Ruslar Türkiyədən kütləvi şəkildə köçürlər: elə səbəb göstərirlər ki...
Ukraynada müharibə başlayandan sonra Türkiyəyə köçən ruslar yaşayış icazələri ilə bağlı problemlər və maliyyə çətinlikləri səbəbindən kütləvi şəkildə başqa ölkələrə getməyə başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Agentliyin istinad etdiyi rəsmi statistikaya görə, may ayında Türkiyədə yaşamaq icazəsi olan rusların sayı 2022-ci ilin sonu ilə müqayisədə təxminən üçdə bir azalaraq 154 mindən 96 minə düşüb.
Agentliyin sorğusuna qatılan ruslar Türkiyəni tərk edən və ya belə tanışları olanlar köçmək üçün ən çox Serbiya və Monteneqronu seçdiklərini bildiriblər. Onlar bu addımın digər səbəbləri arasında sanksiyalara görə bank xidmətləri ilə bağlı problemləri, həmçinin apreldə Türkiyədə 70 faizə çatan yüksək inflyasiyanı göstərirlər.
2023-cü ilin yanvarında Ankara turistlərin yaşamaq icazəsi üçün əcnəbilərin müraciətlərinə dair yoxlamaları gücləndirib: yanlış məqsədlə edilən müraciətlər rədd edilir və belə bir yaşayış icazəsi Türkiyədə turist kimi qaldığını sübut edən sənəd olmadan verilmir.
Türkiyə hakimiyyət orqanlarının rəsmi məlumatlarına görə, 2024-cü ilin yanvar ayına qədər bir il ərzində 54 mindən çox yaşamaq icazəsi olan rus Türkiyəni tərk edib. Ümumilikdə isə Türkiyədə yaşamaq icazəsi ilə qanuni yaşayan əcnəbilərin sayı dörddə bir milyondan çox azalıb.
Akqabay
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
-
Magazin115 Dekabr 19:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO














.jpg)











.webp)











