Türkiyə üçün HƏYƏCAN TƏBİLİ: istila başlandı - FOTO
Bizi izləyin

Elm və təhsil

Türkiyə üçün HƏYƏCAN TƏBİLİ: istila başlandı - FOTO

Egey dənizində zəhərli aslan balıqları sürətlə artır.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Hind okeanı və Sakit okeanının qərb hissələrində mərcan qayalıqlarda yaşayan zəhərli dəniz canlısı olan aslan balığı Gökova körfəzini istila etməyə başlayıb.

Türkiyədə aslan balığı kimi tanınan balıq növü həm də əqrəb balığı və hindi balığı da adlandırılır. Aslan balıqları dəniz dibinin ən təhlükəli canlılarından biri sayılır. Atlantik okeanının qərb hissəsində canlı həyatı böyük ölçüdə yox edən aslan balığı Aralıq dənizində də görünməyə başlanıb.

Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının (UICN) məlumatına görə, aslan balıqlarının Aralıq dənizində çoxalması burada canlı həyata böyük zərər vura bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm