Elm və təhsil
DİM yeni model üzrə sınaq imtahanı keçirəcək
Dövlət İmtahan Mərkəzi 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə fevralın 10-da sınaq imtahanı keçirəcək.
DİM-dən Publika.az-a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:
I qrup |
II qrup |
III qrup |
IV qrup |
Riyaziyyat |
Riyaziyyat |
Azərbaycan (rus) dili |
Biologiya |
Fizika |
Coğrafiya |
Tarix |
Kimya |
Kimya |
Tarix |
Ədəbiyyat |
Fizika |
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.
Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq.
İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.
Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, imtahanlar ali təhsil müəssisələri və məktəblərdə tədris prosesinə mane olmamaq üçün həftə sonları keçirilir. DİM tərəfindən təşkil olunan ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, qəbul imtahanları (iki şans), eləcə də digər müxtəlif təyinatlı imtahanlar və onların kütləvi xarakteri kağız daşyıcılar vasitəsilə əlavə sınaq imtahanlarının keçirilməsini məhdudlaşdırır. Lakin DİM tərəfindən mütəmadi olaraq onlayn sınaq imtahanları keçirilir. Abituriyentlər http://otk.az portalı vasitəsilə onlayn sınaq imtahanlarında iştirak edə bilərlər. Xatırladaq ki, qəbul imtahanlarının həm I, həm də II mərhələsinə aid yeni sual paketləri daimi olaraq portala yerləşdiriləcək.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü