DİM-dən abituriyentlərə MÜRACİƏT
Bizi izləyin

Elm və təhsil

DİM-dən abituriyentlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi qəbul imtahanı ilə bağlı iştirakçılara müraciət edib.

DİM-dən Publika.az-a verilən məlumatda bildirilir ki, “Abituriyent” jurnalının 1-ci sayında ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri və digər zəruri məlumatlar dərc olunub.

“Dövlət İmtahan Mərkəzinin elektron poçt ünvanına, Çağrı Mərkəzinə və sosial şəbəkələrdəki hesablarına qəbul imtahanının I mərhələsi üzrə fənlərə aid proqramlar və tapşırıq nümunələri ilə bağlı müraciətlər daxil olur.

Nəzərinizə çatdırırıq ki, qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün buraxılış imtahanı) üçün imtahan proqramları, qiymətləndirmə meyarları, ədəbiyyat siyahısı, test tapşırığı nümunələri və digər zəruri məlumatlar 2018-ci il noyabrın 2-də nəşr olunmuş “Abituriyent” jurnalının xüsusi buraxılışlarında (Azərbaycan və rus dillərində) təqdim olunub.

Həmin jurnalları da DİM-in binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm