Elm və təhsil
İranda bu məktəblərdə Azərbaycan dili tədris olunacaq
Cari dərs ilindən başlayaraq İranın Ərdəbil vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi həyata keçiriləcək.
Bu barədə Ərdəbil vilayətinin İran İslam Şurası Məclisindəki (parlament) təmsilçisi Sadif Baadi məlumat verib.
O bildirib ki, 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra ölkə konstitusiyasında dəyişikliklər edilib. Konstitusiyanın 15-ci maddəsində göstərilib ki, İranda dövlət dili fars dilidir. Bununla yanaşı, milli azlıqlar da doğma dillərində təhsil almaq hüququna malikdirlər.
Deputatın sözlərinə görə, İran konstitusiyasına əsasən Ərdəbil vilayətindəki bir sıra orta ümumtəhsil məktəblərində bu ildən başlayaraq Azərbaycan dili tədris olunacaq.
Xatırladaq ki, İranın Ərdəbil vilayəti azərbaycanlıların kompakt şəkildə yaşadıqları vilayətlərdəndir.(Azertac)
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü