“Yüksəliş” müsabiqəsində iştirak etmək istəyənlər üçün sınaq imtahanı keçiriləcək - DİM sədri
Bizi izləyin

Elm və təhsil

“Yüksəliş” müsabiqəsində iştirak etmək istəyənlər üçün sınaq imtahanı keçiriləcək - DİM sədri

“Yüksəliş” müsabiqəsində imtahanlar tam şəffaf keçiriləcək.

Publika.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların şəffaflığının göstəricisi insan faktorundan uzaq olmasıdır.

Onun sözlərinə görə, müsabiqədə imtahanlar onlayn şəkildə olacaq: “İnanırıq ki, müsabiqədə iştirak edənlər bu müsabiqədə suallara cavab verəcəklər. “Yüksəliş” müsabiqəsində iştirak etmək istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək”.

M.Abbaszadə qeyd edib ki, hər bir sual üçün vaxt müəyyən ediləcək: “Bu vaxt sualın asanlığına və ya çətinliyinə görə müəyyən olunacaq. Əgər qoyulan zaman ərzində sual cavablandırılmasa, təkrarlanmır”.

DİM sədri əlavə edib ki, müsabiqədə iştirak edənlər üçün sınaq imtahanında iştirak etmək imkanı yaradacağıq.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, regionlarda yaşayan və evində interneti olmayan şəxslər ASAN, DOST və Heydər Əliyev, həmçinin Gənclər Mərkəzlərindəki internet resurslarından istifadə edərək müsabiqəyə qoşula bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm