Tədris kursları nə zaman açılacaq?
Bizi izləyin

Elm və təhsil

Tədris kursları nə zaman açılacaq?

Karantin rejimi qaydalarına görə müəllimlərin yalnız fərdi şəkildə repitetorluq fəaliyyəti göstərmələrinə icazə verilir.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, qrup halında dərslərin keçirilməsi hələ ki, istisna olunur: "Nəzərə alaq ki, qapalı məkanlarda virusa yoluxma şansı daha yüksəkdir. Bu səbəbdən tədris kurslarının nə zaman fəaliyyətə başlaması ilə bağlı məsələ müzakirə olunmur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm