Məktəblərdə "Zəfər tarixi” kursu tədris ediləcək
Bizi izləyin

Elm və təhsil

Məktəblərdə "Zəfər tarixi” kursu tədris ediləcək

Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində "Zəfər tarixi” kursu tədris ediləcək.

Publika.az xəbər verir ki, bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə qeyd edilib.

Əmrə əsaəsn, bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə verilib.

Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm