Məktəblər reytinqlərdən niyə geri qalır? - Nazir AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

Məktəblər reytinqlərdən niyə geri qalır? - Nazir AÇIQLADI

“İstənilən ali təhsil müəssisəsinin reytinqini müəyyən edən ən vacib meyar həmin ali təhsil müəssisəsinin həyata keçirdiyi elmi tədqiqatlardır”.

Publika.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

“Mənə görə bizim ali təhsil müəssisələrimizin müəyyən mənada reytinqlərdə geri olmasının səbəbindən biri də məhz budur ki, ali məktəblərdə müəyyən elmi tədqiqat işləri var, amma Azərbaycan elə də böyük ölkə deyil və biz öz elmi tədqiqat potensialımızı müxətlif qurumlara parçalayıb fəaliyyət göstəririk. Bu mənada qarşılıqlı əməkdaşlıq ölduqca vacibdir. Əminəm ki, ali təhsil müəssisələri bu mənada elmi tədqiqat institutlarından çox şey öyrənə bilər. Eyni zamanda əksinə”, - deyə Əmrullayev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm