Bu, şagirdlərə bilik vermək deyil, onları kurslara yönəltməkdir - ETİRAZ
Bizi izləyin

Elm və təhsil

Bu, şagirdlərə bilik vermək deyil, onları kurslara yönəltməkdir - ETİRAZ

“Dövlət İmtahan Mərkəzi IX sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanında növbəti dəfə, son üç ildə 4-cü dəfə dəyişiklik edib. IX sinif şagirdləri bu ildən xarici dil fənnindən üç şəkil əsasında beş cümləlik mətn qurmalıdır. Düzdür, bu 2008-ci ildən orta məktəblərdə tətbiq edilən kurikulum standartlarında nəzərdə tutulub və yazı məzmun xəttinin alt standartına görə, hətta aşağı siniflərdən şəkil əsasında cümlə qurmağı bilib bacarmalıdır. IX sinif buraxılış imtahanını verən şagirdə imtahandan sonra diplom vermək lazımdır”.

Publika.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.

Onun sözlərinə görə, həmin şagird 3 saat ərzində 3 fərqli fənnin azı 12 standartını, yüzlərlə alt standartını reallaşdırmalı, 85 test tapşırığında açıq, qapalı, situasiya sualları ilə yüzlərlə alt standartı tətbiq etməlidir.

“Guya bu suallar ilə minimum bacarıqlar yoxlanılır? Bu qədər çətin imtahan ilə biz nəyə nail olmaq istəyirik? Onsuz da şagird orta məktəbdə KSQ, BSQ ilə bu biliklərin yoxlamasından keçib, bir də azyaşlı uşaqları belə çətin imtahana çəkirik? Dünyanın hansı ölkəsində şagirdə belə işgəncə verilir? İngilis dili fənni orta məktəbdə bir sinif üzrə iki-üç dərs tədris olunur. Təsəvvür edin, 14-15 yaşlı uşaq bir imtahanda həm dinləmə, həm oxu, həm yazı, həm qrammatika və sairəni bilməli, bacarmalı və bir saat ərzində tətbiq etməlidir”, - ekspert bildirib.

K.Əsədov hesab edir ki, bu ağır imtahanlarla bu günün şagirdini sabahın şəxsiyyəti kimi formalaşdırmaq mümkün deyil:

“Bu, ona bilik vermək deyil, şagirdləri hazırlıq kurslarına yönəltməkdir. Siz son beş ildə keçirilən IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrini təhlil edin. Xarici dil üzrə nəticələr çox aşağıdır. İmtahanları çətinləşdirməklə biz keyfiyyəti qaldıra bilmərik”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm