Enerji
Venesuela prezidentinin Azərbaycana səfəri neft bazarlarına təsir edib
Rusiyanın energetika naziri Aleksandr Novakın ölkənin əvvəlki kimi neft hasilatının dondurulmasında qərarlı olduğunu təsdiq etməsi fonunda neftin dünya qiymətləri artmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Praym" iqtisadi xəbərlər agentliyi yazıb.
Nəşrin məlumatına görə, cümə günü saat 22:58-ə olan vəziyyətə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin dəyəri 0,78% artaraq bir barel üçün 51,78 dollara çatıb. WTI markalı neftin qiyməti isə 0,43% bahalaşaraq bir barelə görə 50,85 dollar təşkil edib.
Cümə günü Novak bəyan edib ki, Rusiyanın neft hasilatının
dondurulması ilə bağlı mövqeyi dəyişməyib və ölkə əvvəlki kimi
bunda qərarlıdır. Eyni zamanda, Novak və Səudiyyə Ərəbistanının
energetika naziri Xalid əl-Falih 22-23 oktyabr tarixlərində OPEK
razılaşmaları üzrə əlaqələndirmə məsələlərini müzakirə etməyi
planlaşdırır.
Agentlik yazır ki, bundan əlavə, Venesuela prezidenti Nikolas
Maduronun bir sıra neft hasil edən ölkələrə turne çərçivəsində
oktyabrın 21-də Azərbaycana səfər etməsi xəbəri də neft bazarlarına
təsir edib. Maduro Bakıda neftin dünya qiymətlərinin
stabilləşdirilməsinə dair məsələ üzrə qarşılıqlı anlaşma əldə etmək
üçün Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə işgüzar
görüşlər keçirəcək. Nümayəndə heyətinə Venesuelanın neft naziri
Euloxio del Pino da daxildir.
report.az
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı











.jpg)









.jpg)


.jpg)













