OPEC+ ölkələri yanvar ayında neft hasilatı ilə bağlı qərar verdilər
Bizi izləyin

Enerji

OPEC+ ölkələri yanvar ayında neft hasilatı ilə bağlı qərar verdilər

OPEC+ ölkələri yanvar ayında neft hasilatı ilə bağlı qərar verdilər

OPEC+ təşkilatına üzv olan yeddi ölkə 2027-ci ilin yanvar ayı üçün neft hasilatı kvotalarını dəyişməmək barədə razılığa gəlib və bu məsələni müzakirə etmək üçün hər ay keçirilən görüşlər praktikasına son qoyur.

Publika.az xəbər verir ki, bu barədə birliyin saytında məlumat verilib.

Müvafiq qərar bu gün Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələrinin iştirakı ilə keçirilən onlayn görüşün yekununda qəbul edilib.

Əvvəllər bu dövlətlər alyansın ümumi kvotalarından əlavə olaraq neft hasilatını könüllü şəkildə məhdudlaşdırırdılar. Lakin sentyabr ayında üzərilərinə götürdükləri bütün öhdəlikləri tamamilə ləğv edərək ixtisar etdikləri həcmləri yenidən bazara qaytardılar. Buna baxmayaraq, bazardakı vəziyyəti müzakirə etmək üçün hər ay toplaşmağa davam edirdilər. İndi isə bu iş formatı ləğv edilir.

“Business Standard” nəşrinin yazdığına görə, kvotaların dondurulması barədə qərarın tədarük həcmlərinə ciddi təsir göstərməsi ehtimalı azdır. Çünki alyans üzvlərinin əksəriyyəti artıq hasilatı maksimum səviyyəyə yaxın həcmdə həyata keçirir. Qeyd olunur ki, birinci rüb üçün hədəf göstəricilərin dəyişməz saxlanılması barədə prinsipial razılıq bazar günü keçirilən görüşlərdə planın rəsmi təsdiqindən əvvəl əldə olunub.

Məsləhətləşmələrin yekununda OPEC bazarda sabitliyin qorunmasına sadiqliyini təsdiqləyib, lakin kvotalarda hər hansı dəyişiklikdən bəhs etməyib. Təşkilatın press-relizində bildirilir ki, ölkələr vəziyyəti izləməyə, həmçinin Beynəlxalq Enerji Forumu və Beynəlxalq Enerji Agentliyi də daxil olmaqla, müvafiq hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirəcəklər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm