Enerji
Neft 60 dollar olsa, nə qazanacağıq?
OPEK ölkələrinin hasilatı azaltmaqla bağlı razılığa gəlməsi neftin qiymətinin 55 dollar səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb. Proqnozlara görə, OPEC ölkələri fikrini dəyişməsə və hasilat artırılmasa, neft 2017-ci ildə 60 dollara qədər yüksələcək.
Nəzərə çatdıraq ki, artıq Rusiya neftin qiymətinin 55 dollar təşkil edəcəyi təqdirdə 2017-ci ildə büdcə gəlirlərinin 1,1 trilyon rubl artaraq 6,1 trilyon rubl olacağını bildirib. Maraqlıdır neftin qiymətinin qalxması Azərbaycan üçün nə vəd edir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Publika.az şərhində bildirdi ki, cari ilin 11 ayında BTC FOB Ceyhan markalı neftin 1 barelinin orta ixrac qiyməti 44,12 dollar olub:
“Dekabrda neftin orta qiyməti 54 dollar olarsa, 2016-cı il üçün Azərbaycan neftinin orta ixrac qiyməti 44,98 dollar gözlənilir. Bu da 2015-ci ildə ixrac etdiyimiz qiymətdən 17,2% azdır. 2015-ci ildə mənfəət nefti kimi Neft Fonduna 7,23 mlrd. dollar vəsait daxil olmuşdu. Bu il gözləntilər 5 mlrd-dan da azdır. Digər tərəfdən gələn il hasilatın 1,5 mln. tonadək azaldılması ilə bağlı proqnozlar artıq Milli Məclisə göndərilən büdcə paketində qeyd edilib. Yəni cari ildə 41,306 mln. ton neft hasilatı gözləyirsə, 2017-də bu göstəricinin 39,796 mln-a qədər azalacağı proqnozlaşdırılır. Hesab edək ki, azalma tempi bu qədər olmayacaq. Azalma 1,2 mln. ton həddini keçməyəcək. Bunun da təqribən min tonu ACG-nin payına düşəcək. Belə halda gələn il Neft Fondu reallıqda 6,8-7 mlrd. dollar arasında gəlir əldə edəcək. Yəni istənilən halda neftin qiyməti 60 dollar olsa belə qazancımız 2015-ci ilin nəticəsini üstələməyəcək”.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı





















.jpg)



.jpg)












