Enerji
“Əsrin müqaviləsi”nin müddətinin uzadılması Azərbaycana nə verəcək? - Açıqlama
SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ Azəri-Çıraq-Günəşli yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620000 barel neft ekvivalenti səviyyəsindədir
Nəzərə çatdıraq ki, ABƏŞ səhmdarları “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TPAO”, “İTOCHU” və “ONGC Videsh” şirkətləridir.
“Əsrin müqaviləsi”nin müddətinin uzadılmasını Publika.az-a şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, müqavilənin müddətinin uzadılması gözlənilən idi:
“İndiyə qədər Azəri-Çıraq-Günəşli yatağından cəmi 3 milyard barel neft hasil edilib. Bu heç yarısı da deyil. Bundan sonra daha 4 milyard barel neftin hasilatı planlaşdırılır”.
Müqavilənin müddətinin uzadılmasının Azərbaycan üçün müsbət tərəflərinə toxunan iqtisadçı bildirir ki, ilk növbədə xarici şirkətlər ölkəyə investisiya yatıracaqlar:
“Bu çox milyardlı investisiyaların layihəyə cəlb edilməsi deməkdir. Digər tərəfdən hasilatın stabilləşməsi üçün çox yaxşı şərait yaranacaq. Azəri-Çıraq-Günəşli blokunda yeni platformanın tikintisi nəzərdə tutulur. Bunun nəticəsində hasilat stabilləşəcək. Müəyyən dövr üçün ölkəyə müntəzəm neft gəlirləri daxil olacaq. Hansı ki, bu vəsait də Neft Fondunda toplanacaq”.
İqtisadiyyat şöbəsi
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir

















.jpg)



.jpg)


.jpg)












