Enerji
Elektrik enerjisinin verilişi bərpa olundu (YENİLƏNDİ)
"Azərenerji" ASC-nin sistemində istehsal və ötürmə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib ki, sistemin dayanıqlığı təmin edilib: "Hazırda sistem tam gücü ilə işləyir. "Azərenerji" ASC tərəfindən elektrik enerjisi sistemində yaranmış məhdudiyyəti saat 14:20-də aradan qaldırılıb, sistemin dayanıqlığını təmin edilib". (apa)
***
Azərbaycanda iki elektrik stansiyasının istehsal prosesi məcburi dayandırılıb.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səngəçal qəsəbəsində qaz xətlərində baş vermiş qəza ilə əlaqədar, ASC-nin qazla işləyən iki elektrik stansiyasında – 400 MVt gücündə “Şimal” ES və 525 MVt gücündə “Sumqayıt” ES-in istehsal prosesi məcburi olaraq dayandırılıb.
“Azərenerji” ASC-nin prezidentinin rəhbərliyi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində enerji sisteminin mövcud dayanıqlığı təmin edilib və qəzanın genişlənməsinin qarşısı alınıb.
İstehlakçılara qısamüddətli məhdudiyyətin tətbiq edilməsinə baxmayaraq, bütün ehtiyat güclərin səfərbər edilməsi ilə tez bir zamanda yaranmış fasilə aradan qaldırılacaq.
Qeyd edək ki, bu gün Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video

























.jpg)












