Enerji
ABŞ neft ehtiyatlarını satışa çıxara bilər
ABŞ şist neft sənayesinin inkişafı sayəsində energetika təhlükəsizliyi siyasətini dəyişdirərək neft ehtiyatlarını satışa çıxarmağa hazırlaşır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, proses yanvar ayından başlaya bilər. ABŞ Konqressi büdcə layihəsinə hələlik 375,4 mln. dollarlıq neft ehtiyatını satmaq qərarını daxil edib. Qeyd edək ki, neft ehtiyatlarının yaradılması ilə bağlı qərar Səudiyyə Ərəbistanı tərəfindən ABŞ-a qarşı 1973-cü ildə tətbiq olunan embarqo nəticəsində qəbul olunub və o zaman 90 günlük neft ehtiyacı üçün hesablanıb. Belə ki, ABŞ-ın neft ehtiyatları dünyanın ən böyük strateji neft anbarıdır. Onun həcmi 700 mln. barelə bərabərdir.
ABŞ Energetika Nazirliyinin Konqresə təqdim etdiyi hesabatda neft ehtiyatlarının saxlanıldığı anbarların köhnəldiyi və artıq xərclər yaratdığı bildirilib. Oradakı texniki avadanlığın istismar müddətinin başa çatdığı və ya çatmaq üzrə olduğu vurğulanıb.
Hazırda ABŞ-ın strateji neft ehtiyatlarına ciddi ehtiyac olmadığı qeyd olunur. Ölkədə şist neft istehsalının artması və dünya neft bazarında təklifin yüksəlməsi ABŞ-a xeyli baha başa gələn neft ehtiyatlarının saxlanması mövzusunu ortaya çıxarıb.
Satışdan əldə olunan vəsaitin Maliyyə Nazirliyinin ehtiyaclarına yönələcəyi bildirilib. Bu da amerikalı siyasətçilərin strateji neft ehtiyatlarına zərurət görmədiyini göstərir. ABŞ-ın yaxın 10 il ərzində mərhələli şəkildə 190 mln. barel neft satacağı xatırladılıb. 2020-ci ilə qədər satışdan 2 mlrd. dollardan çox vəsaitin əldə olunacağı gözlənilir.
Analitiklər ABŞ-ın belə bir qərarının neft bazarına təsirinin zəif olacağını, lakin qiymət artımına təzyiq göstərəcəyini bildiriblər. ABŞ-ın dünya neft bazarının sabitləşmək istədiyi bir vaxtda belə bir qərar qəbul etməsinin səbəbi isə hələ tam aydın deyil.
İqtisadiyyat şöbəsi
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq






















.png)














