Enerji
Komitə: Benzinin keyfiyyəti ilə bağlı şikayətlər var
"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yanacaqdoldurma məntəqələrində istehlakçılara təklif olunan benzinin keyfiyyəti ilə bağlı şikayətlər daxil olur". "
Bunu adıçəkilən qurumun sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, bu cür şikayətlərin sayı o qədər də çox deyil: "Ara-sıra bu qəbildən olan şikayətlər komitəyə daxil olur. Lakin onların sayı o qədər də çox deyil. Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bu müraciətləri araşdırırıq".
Komitə sədri əlavə edib ki, şikayətlərin bir çoxunun kökündə texniki səhvlər durur: "Bilirsiniz ki, Azərbaycana idxal olunan benzin "Euro-4" və "Euro-5" standartlarının tələblərinə uyğundur. Təbii ki, bu cür benzin köhnə avtomobillərdə istifadə olunan zaman müəyyən problemlər yaradır". (apa)
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
















.jpg)




.jpg)






.jpg)









