Enerji
Azərbaycan Avropanı xilas edir: Brüssel üçün Bakının əhəmiyyəti

Azərbaycan-Avropa İttifaqı münasibətləri inkişaf edir. Avropada
AŞPA başda olmaqla bəzi strukturlar anti-Azərbaycan şəbəkəsi və
erməni lobbisinin platformasına çevrilsə də, Bakı və Brüssel
qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.
Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə olmaqla
yanaşı, həm də Avropanın enerji təhlükəsizliyində xüsusi paya sahib
oyunçudur. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün
enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir.
Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi
hazırda Avropanın enerji gündəliyində duran ən vacib
məsələlərdəndir. Xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsi bu prosesdə
əhəmiyyətli faktordur.
Azərbaycanın minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr
təşkil edir. Bu qaz üçün ən böyük bazar Avropadır. Və “Cənub Qaz
Dəhlizi” layihəsi Avropanın əsas alternativ enerji mənbəyi hesab
olunur.
“Cənub Qaz Dəhlizi”: Layihə 4 hissədən ibarətdir:
“Şahdəniz - 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz
Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP).
Azərbaycanın ən böyük təbii qaz yatağı hesab olunan “Şahdəniz”in
ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası
“Şahdəniz -1” 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard
kubmetr təbii qaz istehsal edir. “Şahdəniz - 2” isə yatağın əsası
hissəsini təşkil edir və bu hissənin istismarı “Cənub qaz dəhlizi”
vasitəsilə 2018-ci ildə reallaşacaq. İlkin istismar 16 milyard
kubmetr nəzərdə tutulur. Bunun 6 milyard kubmetri Türkiyənin daxili
istehsalına sərf olunacaq, yerdə qalanı isə Avropaya
ötürüləcək.
Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) inşası 2006-cı
ildə yekunlaşdırılıb. 691 kilometr uzunluğu olan kəmərin 443
kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstanın payına düşür.
Səngəçal terminalından başlanğıcını götürən kəmər Türkiyə-Gürcüstan
sərhədində tamamlanır. 2007-ci ildən etibarən “Şahdəniz” qazının
birinci hissəsi kəmərə vurulur. Bu kəmər “Cənub qaz dəhlizi”
layihəsinin ikinci hissəsidir.
Bakının iradəsi: “Nabucco” tarixə qovuşandan sonra
Avropanın enerji təminində suallar ortaya çıxdı. Belə bir məqamda
Azərbaycan qazının Avropaya çıxaran mövcud kəmərlərin istifadəsi
gündəmə gəldi. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan hökuməti
arasında Xəzər qazının birbaşa Avropaya çıxarılması haqda birgə
bəyanat imzalandı və TANAP-TAP layihələri ortaya çıxdı. 2012-ci
ildə Azərbaycan və Türkiyə hökumətləri bu layihə üzrə razılıq əldə
etdi.
TANAP Türkiyənin 20 şəhərindən keçərək Türkiyə-Yunanıstan
sərhədində başa çatacaq. Azərbaycan tərəfinin məlumatına görə,
Dövlət Neft Şirkətinin, BOTAŞ və TPAO-nun ortaqlığı ilə yaradılan
TANAP layihəsi 7 milyard dollar sərmayə ilə 6 ildə həyata
keçiriləcək. İlk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə
kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü
ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə
çatdırılacaq.
TAP “Cənub qaz dəhlizi” layihəsində yekun mərhələdir.
Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Adriatik dənizinin dibi
ilə qazı daşıyacaq kəmər Albaniya ərazisindən keçərək İtaliyaya
qədər uzanacaq. 20 milyard kubmetr həcmində nəzərdə tutulan kəmərin
yükgötürmə qabiliyyəti sonrakı illərdə artırıla bilər.
“Cənub qaz dəhlizi” layihəsinin arxasındakı siyasi iradə Azərbaycan
Prezidenti İlham Əliyevə məxsusdur. Bunu yerli və xarici
analitiklər də dilə gətirir. 2011-ci ildə Brüssellə birgə bəyanata
imza atan İlham Əliyev 2014-cü ilin 20 sentyabrında, Avropanın əsas
neft arteriyası hesab olunan “Əsrin müqaviləsi”nin 20 illik
yubileyində layihənin təməlini atdı.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alan layihə
təkcə Azərbaycana yox, Avropanın ən azı 7 ölkəsinə iqtisadi və
siyasi dividendlər gətirəcək.
Avropanın zəif nöqtəsi və yeganə alternativi:
Rusiya-Ukrayna böhranından sonra Avropada bir məsələ aktuallığını
getdikcə artırdı: enerji istehlakı bir mənbədən asılı olmamalıdır.
Təbii ki, bu səbəbsiz deyildi. İlk növbədə Rusiya qaz istehsalından
istədiyi vaxt siyasi təzyiq kimi istifadə edirdi. Misal üçün,
2006-2009-cu illərdə Ukrayna ilə qaz alqı-satqısında qiymətlərdə
razılaşa bilməyən Rusiya Avropanın qazını kəsmişdi. Bu böhrandan ən
çox əziyyət çəkən isə Cənub-Şərqi Avropa ölkələri idi. Enerji
təchizatının şaxələndirilməsi deyiləndə Avropa üçün əsasən bu
regionun qazla təminatı önə çıxır.
Bu region Avropanın ən zəif nöqtəsi hesab olunur. Çünki söhbət
təkcə region ölkələrinin bir enerji mənbəsindən asılılığından
getmir, eyni zamanda, istehsalçının tələb etdiyi istənilən qiymətə
razılaşmaq məcburiyyəti də problem olaraq qalır. Misal üçün,
Makedoniya, Bosniya və Hersoqoviniya, Serbiya, Yunanıstan,
Bolqarıstan Rusiyadan mavi yanacağı 500 dollar civarında alırdı.
Bu, onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan ölkələr üçün
fantastik məbləğdir. Lakin bütün çətinliklərə baxmayaraq, region
ölkələri eyni mənbədən asılılığı davam edir.
Məhz bu baxımdan, “Cənub Qaz Dəhlizi” Avropanın “zəif nöqtəsini”
gücləndirmək, iqtisadi baxımdan yanaşsaq, bazarda rəqabət yaratmaq
üçün önəmlidir. Azərbaycan qazının Avropa bazarına çıxışı avtomatik
olaraq qiymətlərin daha münasib olmasına da təsir edəcək.
“Cənub Qaz Dəhlizi” layihəsinin əsas özəlliklərindən biri də
kəmərlərin keçəcəyi ölkələrin bu və ya digər formada dividendlər
əldə etməsidir. Misal üçün, Makedoniya və Serbiya kimi ölkələr
kəmərin təhlükəsizliyini təmin etməklə gəlir əldə edəcəksə,
Yunanıstan milyardlarla dollar və milyonlarla yeni iş yeri
qazanacaq. Eyni vəziyyət Bolqarıstana və digər ölkələrə də aiddir.
Həmçinin, layihənin reallaşmasında iştirak edən 11 şirkətin mənsub
olduğu ölkələr də əlavə gəlir əldə edəcəklər.
Göründüyü kimi, bu gün Azərbaycan Avropa üçün həyati əhəmiyyətə
malil ölkədir.
Asif

-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR